• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Arzu Nağıyev Tovuzda seçicilərlə görüşdü - FOTOLAR

SİYASƏT

17 Avqust 2024 | 15:49 | Müəllif: Subhan Mahmudov

Arzu Nağıyev Tovuzda seçicilərlə görüşdü - FOTOLAR

Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun Əhmədabad, Qoçdərə və Avdal kəndlərində seçicilərlə görüş keçirildi.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq torpaqlarımızın qorunması uğrunda canından keçən şəhidimizin məzarı ziyarət olunaraq, əziz xatirəsi böyük ehtiramla yad edildi, məzarı üzərinə tər çiçəklər qoyuldu. Daha sonra seçicilərlə görüş keçirilərək namizədin platforması açıqlandı, seçicilərin fikir və təklifləri dinlənilərək müvafiq qeydlər aparıldı.

Həmçinin I Qarabağ müharibəsi zamanı itkin düşən əsgər Qasımov Nürəddin Mikayıl oğlunun anası Sinayə xanım Qasımova evində ziyarət edilərək başsağlığı və səbr diləkləri çatdırıldı.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik…


Arzu Nağıyev Tovuzda seçicilərlə görüşdü - FOTOLARArzu Nağıyev Tovuzda seçicilərlə görüşdü - FOTOLARArzu Nağıyev Tovuzda seçicilərlə görüşdü - FOTOLARArzu Nağıyev Tovuzda seçicilərlə görüşdü - FOTOLARArzu Nağıyev Tovuzda seçicilərlə görüşdü - FOTOLARArzu Nağıyev Tovuzda seçicilərlə görüşdü - FOTOLARArzu Nağıyev Tovuzda seçicilərlə görüşdü - FOTOLARArzu Nağıyev Tovuzda seçicilərlə görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR