• Bakı 22° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi

SİYASƏT

20 May 2024 | 13:34

Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İranın Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məktubda Ə.Əsədov İranın Birinci vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, İran xalqının kədərinə şərik çıxdığını bildirib.


SON XƏBƏRLƏR

31 May 2025