• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sabah İran Məclisinin açıq iclası keçiriləcək

DÜNYA

20 May 2024 | 13:48

Sabah İran Məclisinin açıq iclası keçiriləcək

İran prezidenti İbrahim Rəisinin vəfatından sonra İslam Respublikası Məclisinin (birpalatalı parlament) ilk açıq iclası sabah - mayın 21-də keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi də həyatını itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026