• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Türkiyədə PUA və dronlar üçün xüsusi hava dəhlizləri yaradılır

DÜNYA

19 Iyun 2024 | 11:32

Türkiyədə PUA və dronlar üçün xüsusi hava dəhlizləri yaradılır

Türkiyədə pilotsuz uçuş aparatları (PUA) və dronlar üçün xüsusi hava dəhlizləri yaradılır.

Bakıvaxtı.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

O bildirib ki, bu istiqamətdə işlərə başlanılıb.

Nazirin sözlərin görə, lisenziyalı 521 min 625 İHA pilotu və 65 min 859 PUA üçün əsas prioritetlərdən biri nəqliyyatın təhlükəsizliyidir: “Quruda maşınlar, havada təyyarələr, dənizdə gəmilər necə müəyyən bir trayektoriya üzrə hərəkət edirsə, PUA və İHA-lar da onlar üçün müəyyənləşdirilmiş ayrıca yollarla hərəkət edəcəklər. Beləliklə, PUA-lar üçün təhlükəsiz hava sahəsini formalaşdıracağıq”.

A.Uraloğlu qeyd edib ki, Mülki Avasiya Baş İdarəsi yeni mülki aviasiya modelləri üzərində işləyir: “Yeni sistemlər PUA-ların mövcud hava məkanına inteqrasiyasına imkan verəcək”.

O, həmçinin bildirib ki, müəyyən edilmiş marşrutlarda təmir məntəqələrinin qurulması da planlaşdırılır.


SON XƏBƏRLƏR