• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ölən uşağın ailəsi bağışlamadı - 5 il həbs cəzası verildi

HADİSƏ

20 May 2024 | 13:46

Ölən uşağın ailəsi bağışlamadı - 5 il həbs cəzası verildi

Ötən ilin iyul ayında Abşeron rayonunda “Toyota Prius” markalı avtomobillə 10 yaşlı velosipedçini vurub öldürən sürücü İlqar İmanova hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə İ.İmanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.

Bildirilib ki, iyulun 22-sində İlqar İmanovun idarə etdiyi “Toyota Prius” markalı 99-KY-264 dövlat qeydiyyat nişanlı avtomobil velosipedlə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Kənan Novruzovu vurub.

K.Novruzov koma halında xəstəxanaya yerləşdirilib və iyulun 25-də vəfat edib.

Azyaşlının ailəsi sürücünü bağışlamayıb və ona ağır cəza verilməsini xahiş edib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə İ.İmanova 5 il 1 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan şəxs məhkəmə zalında həbs edilib. Onun cəza müddətindən sonra 2 il avtomobil idarə etmək hüququ da məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024