• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Livanda 3 günlük matəm elan edildi

DÜNYA

20 May 2024 | 13:10 | Müəllif: Gülşən Şərif

Livanda 3 günlük matəm elan edildi

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfatı ilə əlaqədar Livanda 3 günlük matəm elan olunub.

Bakıvaxtı.az "NNA" xəbər agentliyinə istinadən bildirir ki, bu barədə Livanın baş naziri Nəcib Mikati açıqlama verib.

Açıqlamada ​​İran prezidenti və xarici işlər nazirinin faciəvi helikopter qəzasında həlak olması ilə əlaqədar Livanda 3 günlük rəsmi matəm elan edildiyi qeyd edilib.

Matəm dövründə bütün rəsmi qurumlarda bayraqların yarıya qədər endiriləcəyi, dövlət televiziya və radiolarının proqramlarının bu ağrılı hadisəyə uyğun təşkil edilcəyi bildirilib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR