• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Qərbin hazırkı yanaşması ilə yeni “toplantılar”da məna görmürük – Rusiya XİN

DÜNYA

19 Iyun 2024 | 09:45

Qərbin hazırkı yanaşması ilə yeni “toplantılar”da məna görmürük – Rusiya XİN

Qərbin anti-Rusiya mövqeyinin indiki şəraitində İsveçrədə Ukrayna üzrə ikinci konfransda və "toplantılar"da ştirak etmək üçün Moskva heç bir məna görmür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində bildirib.

O, Rusiyanın müvafiq dəvət alacağı təqdirdə İsveçrədə Ukrayna ilə bağlı yeni görüşlərdə iştirak edib-etməyəcəyi sualına Rusiya liderinin mövqeyini xatırladıb: 

"Mən bununla bağlı heç nə gözləyə bilmərəm. Vladimir Putin bizim qəbul etməyə hazır olduğumuz və 2022-ci ildə kəsilən danışıqların yenidən başlamasının mümkün olduğu nizamlanmanın parametrləri barədə çox konkret və aydın danışıb", - Ryabkov bildirib.

Günel Abbas


SON XƏBƏRLƏR