• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ordubadda qaya uçqunu baş verib

HADİSƏ

09 May 2024 | 14:56

Ordubadda qaya uçqunu baş verib

Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qaya uçqunu rayona yağan güclü yağış səbəbindən baş verib. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Hadisə yerinə agentliyin əməkdaşları və texnikası cəlb olunub. Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.


Ordubadda qaya uçqunu baş veribOrdubadda qaya uçqunu baş verib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026