• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Kürdəmirdə 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı

HADİSƏ

09 May 2024 | 19:50

Kürdəmirdə 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı

Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə məcburi köçkünlərin yaşadığı şəhərçikdə yerləşən binalardan birində baş verib.

Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, N.Mustafazadə autizm sindromlu uşaqdır.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

19 May 2024