• Bakı 16° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Putin və Paşinyan Kremldə görüşüblər

SİYASƏT

09 May 2024 | 11:51

Putin və Paşinyan Kremldə görüşüblər

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Bakıvaxtı.az "Haber Global"a istinadən bildirir ki, bu barədə Kreml Sarayı açıqlama yayıb.

Açıqlamaya görə, Putin və Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) Zirvə Toplantısından sonra Kreml Sarayında görüşüblər.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin iqtisadiyyat sahəsində əməkdaşlığa önəm verdiklərini ifadə edib. 

"Ermənistanın Aİİ ölkələri ilə qarşılıqlı ticarət həcmi 14 dəfə artıb. İkitərəfli əlaqələr də kifayət qədər uğurla inkişaf edir. Qarşılıqlı ticarətin həcmi 7 milyard dolları keçib. İqtisadi əlaqələrimizdə belə bir rəqəm indiyə qədər müşahidə olunmayıb. Təbii ki, ticarət həcminin artması ilə bağlı deyil, regionda təhlükəsizliklə bağlı məsələlər də var". - deyə Rusiya prezidenti qeyd edib.

Ermənistanın baş naziri Paşinyan da ikitərəfli münasibətlərin və regional məsələlərin əhəmiyyətinə işarə edərək, "Biz sonuncu dəfə ötən ilin dekabrında görüşmüşdük. Təbii ki, müzakirə edilməli olan məsələlər o vaxtdan yığılıb" deyə bildirib.

Qeyd edək ki, Putin-Paşinyan görüşü bir saata yaxın davam edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

19 May 2024