İran Prezidenti İbrahim Rəisi ilə helikopterdə olanlardan biri ilə iki dəfə əlaqə saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mehr agentliyinə xarici işlər nazirinin müavini Mehdi Səfəri deyib.
Həmin şəxsin Təbrizin imamı Ayətullah əl-Haşim olduğu qeyd edilir.
O, özünü yaxşı hiss etmədiyini və təcili yardım maşınlarının səsini eşitdiyini bildirib.