• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Türkiyədən İsrailə cavab

DÜNYA

09 May 2024 | 20:55 | Müəllif: Subhan Mahmudov

Türkiyədən İsrailə cavab

"İsrailin Ankaranın İsraillə ticarət qadağasını yumşaltması ilə bağlı iddiaları tamamilə uydurmadır və reallıqla heç bir əlaqəsi yoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib. 

Bolat "X"də mikrobloqunda yazıb ki, İsraillə ticarət qadağası Qəzzada daimi atəşkəs və bölgəyə humanitar yardım axını təmin olunana qədər qüvvədə qalacaq.

Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əvvəlki mövqeyini dəyişdiyini və İsrailə qarşı qoyduğu bir çox ticarət məhdudiyyətlərini aradan qaldırdığını bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026