• Bakı 16° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Litva Ukraynada təlim keçməyə icazə verib

DÜNYA

09 May 2024 | 12:38

Litva Ukraynada təlim keçməyə icazə verib

Litva Qərb koalisiyasının tərkibində  Ukraynada hərbi təlim keçməyə icazə verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib.

“Bizim qoşunlarımız Ukraynada müharibədən əvvəl ukraynalılara təlim keçib və biz bunu uzun illərdir ki, edirik. Beləliklə, bu ənənəyə qayıtmaq tamamilə mümkün ola bilər” dedi.

Litvanın xarici işlər naziri qeyd edib ki, ordunun göndərilməsi Fransa prezidenti Emmanuel Makronun təşəbbüsünün həyata keçirilməsində ilk addım ola bilər.

Bundan əlavə, onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin öz ölkələrinin ərazisində təlim keçməsi NATO-ya üzv ölkələrdən daha praktik olardı.

Landsbergis əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün koalisiyanın tərkibində yerləşdiriləcək hərbi təlimatçılar hava hücumundan müdafiə sistemləri ilə qoruna bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

19 May 2024