• Bakı 17° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Tokioya uçan təyyarə Bakıda təcili eniş etdi

CƏMİYYƏT

09 May 2024 | 22:36

Tokioya uçan təyyarə Bakıda təcili eniş etdi

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Bakıvaxtı.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.


SON XƏBƏRLƏR