• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Bakubus” avtobuslarında sürət həddi endirildi - VİDEO

CƏMİYYƏT

08 Iyun 2024 | 17:15 | Müəllif: Gülşən Şərif

“Bakubus” avtobuslarında sürət həddi endirildi - VİDEO

"Bakubus”a məxsus avtobuslarda sürət həddi endirilib. 

Bakıvaxtı.az xəbər verir ki, sərnişinlərin avtobusların gecikməsi ilə bağlı şikayətlərindən sonra məlum olub ki, bunun səbəblərindən biri də sürət limitinin aşağı slaınmasıdır. Bildirilib ki, sürət həddi saatda 50 km-ə endirilib. 

Sürücülərin sözlərinə görə, yeni sürət limiti artıq 1 aya yaxındır, tətbiq edilib. Bu da gecikmələrə səbəb olur. 

Məsələ ilə bağlı "Bakubus” MMC-dən bildirilib ki, bu qərarın verilməsinə səbəb qəzaların sayının artması olub: "Qərar sözügedən avtobuslar üzrə qəza statistikasına müsbət təsirini göstərib. Belə ki, qəzaların sayı 40 faiz azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişindaşımanın həyata keçirilməsidir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026