• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Prezidentin diplomatik rütbə verdiyi mətbuat katibi KİMDİR?

CƏMİYYƏT

08 Iyul 2024 | 16:50

Prezidentin diplomatik rütbə verdiyi mətbuat katibi KİMDİR?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında" Sərəncam imzalayıb.

Bakıvaxttı.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadəyə də diplomatik rütbə verilib.

Belə ki, o, “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsinə layik görülüb.

Ayxan Hacızadə 2022-ci ilin oktyabrından Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edir.

Ayxan Hacızadə 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir. Xarici ölkələrdə bir sıra tədris proqramı və təlimlərdə iştirak edib, Corc Marşal adına Avropa Təhlükəsizlik Elmləri Mərkəzində Ali Təhlükəsizlik Proqramının və BMT-nin Tərksilah məsələləri üzrə Təqaüd Proqramının məzunudur.

2007-ci ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələr tutub. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyində, ATƏT və BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları yanında daimi nümayəndəliyində üçüncü və ikinci katib, 2017-2022-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində çalışıb.
2022-ci ilin iyul ayından etibarən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini vəzifəsində işləyib.
2022-ci ilin oktyabrından Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisidir.

Ailəlidir, üç övladı var.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024