"Körpə ən az gündə 8 dəfə ana südü ilə qidalanmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tətqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Onun sözlərinə görə, ana südü otaq temperaturunda 4 saat, soyuducuda 1 sutka, buzxanada isə 3 aya kimi saxlanıla bilər.
Həkim onu da əlavə edib ki, ana südünün 2 yaşa qədər verilməsi tövsiyyə olunur.
A.Məmmədova bildirib ki, ana südünün 2 yaşdan sonra verilməsi uşaqda psixoloji asıllıq yaradır.
Mina Mikayılova