• Bakı 15° C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Xəzərdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

06 Sentyabr 2024 | 14:53 | Müəllif: Qalib İbrahimoğlu

Xəzərdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA

Sentyabrın 6-sı saat 14:30-a olan faktiki hava açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi Balakən, Quba, Xaçmaz, Qax, Zaqatalada arabir yağış yağıb.

Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Narıncı xəbərdarlığa uyğun olaraq Gəncədə 24 m/s, Naftalan, Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə küləyin maksimal sürəti Culfa, Şirvanda 18 m/s, Sabirabadda 17 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 32, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026