• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Agentlik valideynlərə MÜRACİƏT EDİB - dərsliklər...

CƏMİYYƏT

06 Sentyabr 2024 | 15:14 | Müəllif: Əli Hüseynov

Agentlik valideynlərə MÜRACİƏT EDİB - dərsliklər...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə müraciət edib.

Bakıvaxtı.az agentliyin müraciətini təqdim edir.

“Yeni tədris ilinin başlamasına az qalıb. Bu məqsədlə, yerli təhsili idarəetmə orqanlarına dərsliklərin təhsil müəssisələrinə paylanması ilə bağlı müvafiq tapşırıqlar verilib. Tədris ili başlamadan valideynlərdən övladlarının təhsil aldığı müəssisələrə yaxınlaşaraq dərslikləri məsul şəxslərdən təhvil almaları xahiş olunur.

Dərsliklərin vaxtında əldə olunması tədrisin səmərəli və fasiləsiz davam etməsi üçün vacibdir.

Valideynlər dərsliklərin təhvil alınması üçün müvafiq təhsil müəssisələri ilə əlaqə saxlayaraq proseslə bağlı əlavə məlumat əldə edə bilərlər”, - deyə müraciətdə bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026