"Süd verən analar üçün heç bir qidaya məhdudiyyət qoyulmur".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tətqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Onun sözlərinə görə, ana südünün tərkibi sabit olur və ananın pəhrizindən asılı deyil.
"Sadəcə ana vitaminlərdən az istifadə edərsə, südün tərkibində vitamin sayı az ola bilər".
A.Məmmədova qeyd edib ki, ana dəniz məhsullarından, kofein tərkibli içkilərdən az istifadə etməli, spirtli içkiləri içməməlidir.
Mina Mikayılova