"Ana südünün tərkibində 500-ə yaxın komponent var".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tətqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Onun sözlərinə görə, bu komponentlər tam müəyyən olunmasa da, uşaq üçün faydaları çox yüksəkdir.
A.Məmmədova qeyd edib ki, süni qidalarda bu komponentlərin sayı 50-dir.
"Uşaqlar 6 ayına qədər ana südü ilə qidalanmalıdır", - deyə pediatr əlavə edib.
Mina Mikayılova