• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Kalben sərbəst buraxıldı

MƏDƏNİYYƏT

09 May 2024 | 21:21 | Müəllif: Subhan Mahmudov

Kalben sərbəst buraxıldı

Ötən gün narkotikə görə saxlanılan türkiyəli müğənni Kalben Sağdıç sərbəst buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, ölkədən çıxma qadağası qoyulan sənətçi məhkəmə nəzarəti şərti ilə azadlığa çıxıb.

O, polisə verdiyi ifadəsində narkotik satmadığını, sadəcə istifadə etdiyini bildirib.

Müğənni sərbəst buraxıldıqdan sonra sosial şəbəkədə paylaşım edib:

"Əzizlərim, musiqi, ədəbiyyat, dostluq yolu ilə tanış olduqlarım.. Küçələrdə, konsertlərdə, festivallarda, kitab imzalarında rastlaşdıqlarım.. Həm xoş, həm də kədərli günlərimizi paylaşdıqlarım... Səhhətim üçün narahat olmağınızı istəmirəm. Dəyərli ictimaiyyətimizi bu şəkildə yayındırdığım üçün üzr istəyirəm. Ailəmin, sevdiklərimin, qohumlarımın yanındayam. Mən yaxşıyam, daha yaxşı olacağam".

Qeyd edək ki, İstanbul polisi Kalbenin evində aparılan axtarış zamanı 3 ədəd 15 qramlıq "skunk" tipli narkotik vasitə, 2 min avro, 730 ABŞ dolları və 1500 lirə aşkarlayaraq götürülüb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026