• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

"Vətən naminə Tavuş" hərəkatının iştirakçıları İrəvana çatıblar

DÜNYA

09 May 2024 | 14:54

Vətən naminə Tavuş hərəkatının iştirakçıları İrəvana çatıblar

"Vətən naminə Tavuş" hərəkatının iştirakçıları Ermənistanın paytaxtı İrəvana çatıblar.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü İrəvana çatıb. Yürüş iştirakçılarının artıq Respublika meydanına doğru irəlilədiyi bildirilib. Onlar yerli vaxtla 16:00-da Respublika meydanında mitinq keçirməyi planlaşdırır.

Xatırladaq ki, etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.


SON XƏBƏRLƏR

19 May 2024