• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Hizbullah" İsrail kazarmalarına zərbə endirib

DÜNYA

08 Iyun 2024 | 14:36 | Müəllif: Gülşən Şərif

"Hizbullah" İsrail kazarmalarına zərbə endirib

 Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı İsrail obyektlərini bombalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə terror qruplaşması məlumat yayıb.

Bildirilir ki, Zərit şəhərində İsrail Ordusuna məxsus kazarma, "Şiba fermaları" adlı ərazidə yeni yaradılmış artilleriya poliqonu, habelə Raheb kəndində məskunlaşmış bir qrup israil hərbçisi atəşə tutulub.

Dağıntı və itki ilə bağlı təfərrüat açıqlanmayıb.

Xatırladaq ki, bir neçə gün qabaq İsrailin Baş naziri Benyamin Netanyahu "Hizbullah"ın timsalında Livana qarşı böyük əməliyyat başlandığını demişdi. (azvision.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026