• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu olmayana qədər Türkiyə İsraillə ticarəti bərpa etməyəcək

DÜNYA

08 Iyun 2024 | 12:45

Bu olmayana qədər Türkiyə İsraillə ticarəti bərpa etməyəcək

Türkiyə İsraillə ticarətin bərpası üçün son tarix təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu müddəti Türkiyə Ticarət Nazirliyinin rəhbəri Ömər Bolat müəyyən edib.

Məlumata görə, Türkiyə Qəzza zolağında daimi atəşkəs əldə olunmayana qədər İsraillə ticarətin bərpa olunmayacağını bildirib .

Qeyd edib ki, ticarəti tamamilə dayandırmaq qərarı mayın 2-də verilib və məqsədi İsrailin ən qısa zamanda atəşkəsə razı olması, həmçinin Qəzzanın yenidən qurulmasına başlanılması və onlara ərzaq və tibbi yardımın çatdırılmasıdır.

Eyni zamanda, Bolat əlavə edib ki, Fələstinlə ticarət davam edir və Türkiyə Fələstin iqtisadiyyatının minimum itkiyə məruz qalması üçün əlindən gələni edir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR