Zimbabve BRİKS-ə qoşulmaq istəyir.
Bakıvaxtı.az bu barədə "TASS"a istinadla xəbər verir.
Məlumata görə, Zimbabve prezidenti Emmerson Dambudzo Mnanqaqva Vladimir Putinlə ölkəsinin BRİKS-ə qoşulması məsələsini müzakirə edib.
Ölkə prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) informasiya agentliyinə müsahibəsində Zimbabvenin ittifaqa üzv olmaq istədiyini bildirib.
“Bəli, mən bu barədə prezident Putinlə təkbətək görüşdə danışdım. Mən ona dedim ki, mən bu mövzunu əvvəllər qardaşım Cənubi Afrika prezidenti Siril Ramafosa ilə müzakirə etmişəm. Bu, bizim arzumuzdur”, - Mnanqaqva bildirib.
Qeyd edilib ki, BRİKS-in bir hissəsi olan ölkələrin heç biri Zimbabvenin üzvlüyünə etiraz etmir.
Mina Mikayılova
















