• Bakı 22° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qazaxda narkotik satan şəxs saxlanıldı - FOTO

HADİSƏ

29 Mart 2024 | 08:16

Qazaxda narkotik satan şəxs saxlanıldı - FOTO

Narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ondan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub.

Müəyyən edilib ki, Ş.Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

27 Aprel 2024