• Bakı 15° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Gürcü spikerdən ABŞ-a: Bu pullar hara xərclənir?

DÜNYA

27 Aprel 2024 | 21:23

Gürcü spikerdən ABŞ-a: Bu pullar hara xərclənir?

Konqres və ya Senata müraciət etməkdənsə, Amerika büdcəsindən Gürcüstana gələn pulların nəyə xərcləndiyi ictimaiyyətə açıqlamalıdır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ABŞ-ın “Xarici agentlər haqqında" qanuna sərt reaksiya verməsini şərh edərkən bildirib.

"Pulların nəyə xərcləndiyi bu günə qədər gizlədilir və biz təsadüfən onu özümüz tapırıq. Amerika vətəndaşlarının pullarının partiyaları, radikal və dezinformasiya qruplarını maliyyələşdirmək üçün dairəvi şəkildə xərcləndiyini görürük. Nəticədə də bu, Amerikanın Gürcüstana dostluğuna kölgə salır", - spiker qeyd edib.


SON XƏBƏRLƏR

09 May 2024