• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Rəisinin ölümünə dünyanın reaksiyası Tehranın uğurunu göstərir" - İran XİN

DÜNYA

27 May 2024 | 19:42

Rəisinin ölümünə dünyanın reaksiyası Tehranın uğurunu göstərir - İran XİN

Prezident İbrahim Rəisinin təyyarə qəzasında həlak olmasından sonra müxtəlif ölkələrdən İranın aldığı çoxsaylı mesajlar Tehranın xarici siyasətdəki uğurlarına və dünya ictimaiyyətinin İranın dünya səhnəsindəki roluna maraq göstərməsinə dəlalət edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani həftəlik brifinq zamanı bildirib. 

Kənaninin sözlərinə görə, İran müxtəlif ölkələrin ali rəhbərliyindən Ali Rəhbərə, hökumətə və prezident səlahiyyətlərini icra edən Məhəmməd Mohberə və xarici işlər nazirinə ünvanlanmış 330-dan çox mesaj alıb.

Bundan əlavə, Tehran beynəlxalq təşkilatlardan 27-dən çox mesaj qəbul edib. 

Xatırladaq ki, mayın 19-da İranın şimal-qərbində Verzeqan bölgəsində təyyarə qəzası baş verib: İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və digər rəsmiləri daşıyan helikopter qəzaya uğrayıb. Helikopterdə olanların hamısı həlak olub. 


SON XƏBƏRLƏR

26 Iyul 2024