• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İtlər üçün aviaşirkət: qırmızı xalça, sərinləşdirici içki...

DÜNYA

27 May 2024 | 17:33

İtlər üçün aviaşirkət: qırmızı xalça, sərinləşdirici içki...

İtlərə xidmət göstərən “Bark Air”  aviaşirkəti ABŞ -də fəaliyyətə başlayıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Aviaşirkətdən bildirilib ki,  it sahiblərinin və ev heyvanlarının rahat uçuşu olacaq.

Məlumata görə, heyvanlar ən yaxşı xidməti alacaqlar ki, buraya təyyarəyə qırmızı xalça, sərinləşdirici içkilər və təyyarədə rahat oturacaqlar daxildir.

Qeyd olunur ki, ev heyvanının ölçüsü və ya cinsi ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Ev heyvanlarına səs-küyü ləğv edən qulaqlıqlar və seçdikləri içki də verilir.

Hazırda Bark Air yalnız Nyu-Yorkdan Los-Ancelesə uçur və biletlərin qiyməti 6000 dollardan başlayır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024