• Bakı 11° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Ənənəvi təhdid anlayışlarına hər gün yenisi əlavə olunur" - Hakan Fidan

DÜNYA

11 Aprel 2025 | 23:44

Ənənəvi təhdid anlayışlarına hər gün yenisi əlavə olunur - Hakan Fidan

"Regionumuzda rifah yalnız əməkdaşlıq və həmrəyliklə mümkündür. Bu səbəbdən qonşularımıza düşmən kimi deyil, tərəfdaşlarımız kimi yanaşırıq".

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki,  bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada keçirilən Diplomatiya Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.

Nazir çıxışında dünyanın hazırda keçdiyi transformasiya proseslərinə diqqət çəkib və bildirib ki, bu gün diplomatiyanın mahiyyəti kökündən dəyişməkdədir.

O qeyd edib ki, kiberhücumlar, dezinformasiya və ticarət müharibələri də artıq diplomatik kəşfiyyatın əsas mövzularına çevrilib:

"Tarixin axarını formalaşdıran qlobal transformasiyanı yaşayırıq. Ənənəvi təhdid anlayışlarına hər gün yeniləri əlavə olunur" , - deyə Hakan Fidan vurğulayıb.

Nazir silahlanma yarışının yenidən başladığını bildirərək əlavə edib: "Ən böyük təhdid isə özbaşınalığın yaratdığı qaranlıq gələcəkdir".

Hakan Fidan, həmçinin vurğulayıb ki, Türkiyə bu gün böhranların mərkəzində, gərginliklərin ortasında, lakin eyni zamanda həllin də əsas ünvanında dayanan bir ölkədir.


SON XƏBƏRLƏR

18 Aprel 2025