• Bakı 23° C

    13.98 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Ərdoğan AK-nın sədri ilə Suriyaya humanitar yardımı müzakirə edəcək

DÜNYA

13 Dekabr 2024 | 16:18

Ərdoğan AK-nın sədri ilə Suriyaya humanitar yardımı müzakirə edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Suriyaya humanitar yardımın tədarükünü müzakirə etmək üçün dekabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

"Bu gün biz ən çox ehtiyacı olanlara təcili tibbi yardım və zəruri tələbat ləvazimatlarının çatdırılması üçün yeni "Humanitar hava körpüsü" əməliyyatına başlayırıq. Bu cür qeyri-sabit zamanlarda yardımımız heç vaxt olmadığı qədər vacibdir.

Həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək Suriyaya humanitar yardımın davam etdirilməsini müzakirə edəcək", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

03 Iyul 2025