Bu gün səhər İranın Fordo və Hondab nüvə obyektlərində hava hücumundan müdafiə təlimləri başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, təlimlərdə raket, radiolokasiya, radioelektron mübarizə bölmələri, hava hücumundan müdafiə sistemləri, həmçinin aviasiya hücum və müdafiə tapşırıqlarını yerinə yetirəcək.
Bildirilib ki, təlimlər Fordo və Hondab nüvə mərkəzlərində tam real şəraitdə keçiriləcək və təhlükəsizlik baxımından yalnız bir hissəsi yayımlanacaq.