• Bakı C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.7517

    RUB - 1.7594

Trampın xüsusi nümayəndəsinin olduğu təyyarə "Vnukovo"ya endi

DÜNYA

11 Fevral 2025 | 14:23

Trampın xüsusi nümayəndəsinin olduğu təyyarə Vnukovoya endi

​​​​​Göyərtəsində ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun olduğu iddia edilən “Gulfstream G650ER” təyyarəsi bu gün Moskvanın "Vnukovo" hava limanına eniş edib.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Flightradar” xidmətinin məlumatlarında öz əksini tapıb.

Uçuş və eniş yerləri haqqında məlumat əlçatan olmasa da, xidmətin xəritəsinə əsasən, təyyarənin Vaşinqtondan uçduğunu və Moskva vaxtı ilə saat 10:17 radələrində Vnukovo hava limanı yaxınlığında olduğunu görmək olar.

Amerikalı blogerlərin məlumatına əsasən, HƏMAS və İsrail arasında atəşkəsin əldə olunmasına görə məsul olan Uitkoff Trampın ən yaxın tərəfdarlarından biridir.

Şayiələrə baxmayaraq, Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov Trampın hər hansı bir nümayəndəsinin Moskvaya səfəri barədə Kremlin məlumatlı olduğunu təkzib edib.


SON XƏBƏRLƏR

11 Fevral 2025