• Bakı 12° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Xamenei Trampı xuliqan adlandırıb

DÜNYA

13 Mart 2025 | 11:50

Xamenei Trampı xuliqan adlandırıb

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei çərşənbə günü tələbələrlə görüşü zamanı deyib ki, əgər amerikalılar və onların müttəfiqləri İrana hərbi zərbə endirsələr, cavab qəti olacaq və uduzan qarşı tərəf olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mehr” agentliyinin məlumatında bildirilib.

“Bu gün dünya xuliqanları deyirlər ki, “hamı bizə tabe olmalı və bizim maraqlarımızı öz maraqlarından üstün tutmalıdır”, lakin İran İslam Respublikası bunu qəti şəkildə rədd edən yeganə ölkədir. ABŞ prezidentinin danışıqlara hazır olduqları barədə bəyanatı dünya ictimai rəyinin aldadılmasıdır”, - deyə Xamenei bildirib.

Onun sözlərinə görə, Vaşinqtonla danışıqlar bəzilərinin iddia edə biləcəyi kimi, İrana qarşı sanksiyaların ləğvinə gətirib çıxarmayacaq.

O, danışıqların heç bir problemi həll etməyəcəyini vurğulayıb.

Ayətullah Xamenei "İran nüvə sazişi üzrə danışıqlara bir neçə il sərf etdi, lakin ABŞ prezidenti müqaviləni parçaladı" deyib və izah edib ki, "biz onların danışıqların şərtlərinə əməl etmədiklərini biliriksə, belə danışıqlara ehtiyac yoxdur".

"Əgər biz nüvə silahı əldə etmək istəsəydik, ABŞ bizi dayandıra bilməzdi", - İranın ali lideri əlavə edib.

O, bir daha amerikalıları İrana qarşı hərbi əməliyyatlar barədə düşünməkdən çəkindirərək, istənilən hücumun onlara daha böyük itkilər verəcək cavabla qarşılanacağını bildirib.

“İran müharibə istəmir, amma amerikalılar və onların vəkilləri bir şey etsə, İranın cavabı qəti və birmənalı olacaq, nəticədə Amerika uduzan tərəf olacaq. İran təcavüzkara zərbə vurmağa qadirdir və mütləq cavab zərbəsi endirəcək”, - Ayətullah Xamenei vurğulayıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın ali liderinə danışıqlar təklifi ilə bağlı məktub göndərdiyini bildirib.

Tehran bu gün məktubu aldığını təsdiqləyib. Onu BƏƏ-nin nümayəndə heyəti təhvil verib.


SON XƏBƏRLƏR