• Bakı 11° C

    14.85 m/s

  • USD - 1.7

    EUR - 1.9326

    RUB - 2.04

Ukraynada döyüşən çinlilərlə bağlı Rusiya XİN-dən açıqlama

DÜNYA

12 Aprel 2025 | 09:51

Ukraynada döyüşən çinlilərlə bağlı Rusiya XİN-dən açıqlama

“Çin vətəndaşlarının Ukraynada döyüşməsi ilə bağlı deyilənlər tamamilə həqiqətə uyğun deyil”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko deyib.

“Deyə bilərəm ki, bu, tamamilə yalandır. Çin Ukraynadakı nizamlanma ilə bağlı çox düşünülmüş, balanslaşdırılmış və təsdiqlənmiş mövqe tutur. Biz buna görə dostlarımıza minnətdarıq”, - deyə, o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl ukraynalı hərbçilər Rusiya ordusunun tərkibində döyüşən iki Çin vətəndaşını Donetsk vilayətində əsir götürüblər. KİV-də buna dair görüntülər də yayılıb.


SON XƏBƏRLƏR