• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Bu gün İran-ABŞ danışıqları keçiriləcək

DÜNYA

12 Aprel 2025 | 10:14

Bu gün İran-ABŞ danışıqları keçiriləcək

İranın xarici işlər naziri Abbas Arakçinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ-la dolayı danışıqlar üçün Omanın paytaxtı Maskata yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi özünün X sosial media hesabındakı paylaşımında bildirib.

“Xarici işlər nazirimizin müşayiətilə ən təcrübəli həmkarlarımızdan ibarət nümayəndə heyəti ilə Maskata gedirik. Biz İranın milli maraqlarını və nüfuzunu qorumaq üçün bütün vasitələrdən istifadə etməkdə qərarlıyıq”, - İsmail Bekayi qeyd edib.

Bu gün Omanın paytaxtı Maskatda baş tutacaq İran-ABŞ danışıqlarında Vaşinqtonu prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff  təmsil edəcək.

Tərəflər arasında birbaşa dialoq istisna olunduğu üçün danışıqlar Omanın xarici işlər naziri Bədr Əl-Busəidinin vasitəçiliyi ilə aparılacaq.


SON XƏBƏRLƏR

12 Aprel 2025