• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanlı milyonçunun bazarına basqın - VİDEO

DÜNYA

12 Aprel 2025 | 09:39

Azərbaycanlı milyonçunun bazarına basqın - VİDEO

Rusiyanın Krasnoyarsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı milyonçu Rəşad Həsənovun Şimal magistralında yerləşən tərəvəz anbarına basqın ediblər.

Bakıvaxtı.az lent.az-a istinadla xəbər verir ki, əməliyyat nəticəsində 20 miqrant ərazidən uzaqlaşdırılıb.

Məlumata görə, müəssisədən 6 əcnəbi hərbi komissarlığa göndərilib, daha 3 nəfər isə çoxsaylı qanun pozuntularına görə ölkədən deport ediləcək.

İş adamı Həsənovun Krasnoyarsk diyarında bir neçə şirkəti olduğunu öyrənmək mümkün olub. Qeyd olunur ki, sahibkar regionun ən bahalı dövlət nömrə nişanlarından birinə malik "Rolls-Roys" markalı avtomobil sürür.

Həsənov təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə bağlı vəziyyəti şərh etməyib.

 


SON XƏBƏRLƏR

18 Aprel 2025