"TikTok" daha bir ölkədə bloklanıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Albaniyada "TikTok"un 1 il müddətinə bağlanması qərarı təsdiqlənib.
Qeyd olunub ki, Albaniyanın paytaxtı Tiranda Fan Noli İbtidai məktəbində oxuyan 14 yaşlı Martin Cani 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib.
Tələbələr arasında mübahisənin sosial şəbəkədə başladığı iddia edilib.
Albaniyanın baş naziri Edi Rama hadisədən sonra verdiyi açıqlamada "TikTok"un ölkədə 1 il müddətinə qadağan edilməsinə qərar verəcəklərini və bu qərarın 2025-ci ildə reallaşacağını bildirib.
Nazirlər Şurasının ötən həftə keçirilən iclasından sonra "TikTok"un 1 il müddətinə bağlanması qərarının təsdiqləndiyi açıqlanıb.
Mina Mikayılova