Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putini "imperiya ambisiyalarından" əl çəkməyə çağırıb.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Delfi"yə bildirib.
Müsahibə zamanı siyasətçi Putini təhqir edib, həmçinin Rusiyanın artıq imperiya olmadığını xatırladıb. Conson qeyd edib ki, başqa dövlətləri idarə etməyə çalışmaq lazım deyil.
"Estoniya, Latviya, Litva - bu ölkələrin heç biri artıq Rusiya imperiyasının bir hissəsi deyil və eyni şey Ukraynaya da aiddir. Hər şey bitdi", - deyə keçmiş baş nazir qeyd edib.