• Bakı 17° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Ərdoğan: Azərbaycanın Vətən müharibəsi Avropa və Asiyada geosiyasəti dəyişdi

SİYASƏT

08 Noyabr 2025 | 14:04

Ərdoğan: Azərbaycanın Vətən müharibəsi Avropa və Asiyada geosiyasəti dəyişdi

Azərbaycanın Vətən müharibəsi Asiya və Avropadakı geopolitik vəziyyəti dəyişdi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.

"Biz qalıcı sülhlə bağlı son dərəcədə ümidvarıq. Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar təqdirəlayiqdir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın bu istiqamtdə atdığı cəsur addımları da izləyirik", - Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ən faydalı şəkildə istifadəsi üçün Azərbaycanla bərabər irəli addımlar atılacaq.

"Azərbaycan Qarabağ başda olmaqla bölgənin yenidən qurulması, xalqın yox edilən mədəni, dini mirasının restavrasiyası üçün böyük səy göstərir", - deyə prezident əlavə edib.


SON XƏBƏRLƏR