• Bakı 17° C

    1.53 m/s

Ərdoğan-Blinken görüşündə GƏRGİN ANLAR: “...Türkiyə lideri açıq çəkildə bildirib ki...” - ŞƏRH

SİYASƏT

07 Yanvar 2024 | 11:55 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan-Blinken görüşündə GƏRGİN ANLAR: “...Türkiyə lideri açıq çəkildə bildirib ki...” - ŞƏRH

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və “F-16”ların satışı müzakirə edilib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı münaqişəni, NATO müttəfiqləri kimi ümumi təhlükəsizlik prioritetlərini və ikitərəfli ticarət və investisiyalarımızı genişləndirmək istəyimizi müzakirə etdik” - Blinken sosial media hesabında görüşlə bağlı açıqlamasında qeyd edib.

Görüşün əhəmiyyətini və Blinkeni Türkiyəyə gətirən real səbəbləri Bakıvaxtı.az-a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, ABŞ Yaxın Şərqdə İsrail-Həmas müharibəsi fonunda, Qırmızı dənizdə baş verən proseslər ətrafında və İranın reallığı fonunda regionda fəal rol oynamaq istəyir: “Bu missiyanı da təkbaşına yerinə yetirə bilmir. Ona müttəfiqlərin yardımı, köməyi lazımdır. Müttəfiq dedikdə həm ərəb ölkələrini, həm də Türkiyəni də nəzərdə tutmaq olar. Türkiyə NATO-nun üzvüdür. Qardaş ölkə institusional səviyyədə ABŞ-nin müttəfiqi sayılır. Regionda yeganə müttəqif olan Türkiyə bütün məsələlərdə fərqli mövqedə dayanır. Bu məsələləri tənzimləmək üçün A.Blinkenin səfəri lazım idi. Bu, ilk səfər deyil, son bir neçə ayda Blinken Türkiyəyə artıq ikinci dəfədir səfər edir”.

Ekspert diqqətə çatdırırb ki, Ərdoğan-Blinken görüşündə masaya yatırılan “Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və “F-16”ların satışı” məsələləri aktauallığını qoruyub saxlasa da, həll olunmur. Onun sözlərinə görə, İsveçin NATO-ya üzvlü ilə bağlı qərar neçə aydır, müzakirə olunur, lakin vahid yanaşma tapılmır. Rəsmi Ankara buna razılıq verməyib.

İlqar Vəlizadə, politoloq

İ.Vəlizadə qeyd edib ki, digər tərəfdən “F-16”larla bağlı məsələlər illərdir, müzakirə olunur və yekun qərar müşahidə olunmur: “Bunlar elə məsələlərdir ki, onların ətrafında intensiv müzakirələr aprılsa da, nəticə hasil olunmur. Yəqin, Ərdoğan Blinkenə açıq çəkildə bildirib ki, Türkiyənin narahatlıqları, mövqeyi nəzərə alınmasa, heç bir irəliləyişdən söhbət gedə bilməz. Düşünürəm ki, görüş gərgin keçib. Bunun nə dərəcədə məhsuldar görüş olmasını zaman göstərəcək. Müzakirə olunan məslələrlə bağlı tərəflərin konkret açıqlamaları yoxdur. Ankara-Vaşinqton arasındakı ziddiyyətlər hələ də qalmaqdadır. Onları yaxın aylarda həll etmək müşkül görünür”.

Qəzza müharibəsinə gəlincə, müsahibimiz vurğulayıb ki, Türkiyə Həması ABŞ isə İsraili dəstəkləyir: “Sözügedən məsələdə fikir ayrılıqları o qədər dərindir ki, bu da bəzi hallarda böhranlı xarakter daşıyır”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026