İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi fevralın 8-də rəsmi qəbul təşkil edəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı artıq rəsmi dairələrə, Bakıdakı diplomatik korpuslara, ictimai-siyasi təşkilatlara, redaksiyalara xüsusi dəvət də göndərilib.
Tədbir İranda İslam İnqilabının ildönümü münasibəti ilə düzənlənəcək.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər gərginləşəndən, xüsusilə Tehrandakı səfirliyimizə qarşı terror hücumu olandan sonra İran tərəfi ölkəmizdə heç bir geniş tədbir keçirmirdi. Son aylar Azərbaycanla İranın əlaqələrində nisbətən yumşalma hiss olunur, rəsmi təmaslar bərpa edilib. Bu hadisələrin fonunda səfirliyin tədbiri başa düşüləndir.
Onu da vurğulayaq ki, təşkil olunacaq qəbul-ziyafət İran İslam İnqilabının 45-ci ildönümünə həsr edilib.
Murad Məmmədli
















