• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Rusiya XİN: AŞPA-da islamofobiya ağlasığmaz həddə çatıb

SİYASƏT

06 Mart 2024 | 16:04

Rusiya XİN: AŞPA-da islamofobiya ağlasığmaz həddə çatıb

Dünya Avropa Şurasında baş verənlərə ədalətli qiymət verməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətinin dayandırılması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

“AŞPA-nın məşğul olduğu hər şey tamamilə siyasiləşib. Təəssüf ki, bu, təkcə bu təşkilata deyil, həm də ona bitişik olan qurumlara, məsələn, ATƏT-ə aiddir. Hər birimizin Avropa Şurasında baş verənləri adekvat qiymətləndirməliyik”, - o deyib.

M.Zaxarova vurğulayıb ki, AŞPA bəzi dövlətlərə qarşı dözümsüzlük, təkəbbür və neokolonial şovinizm nümayiş etdirir:

“AŞPA-da islamofobiya ağlasığmaz həddə çatıb. Bütün bunlar AŞ-ni institusional böhran həddinə çatdıran Qərbin dağıdıcı təsiri ilə bağlıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026