Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş bölgələrdə araşdırma aparmaq üçün Osmaniyeyə gedib.
Bakıvaxtı.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, Esenboğa hava limanından bölgəyə yola düşən Ərdoğanı MHP sədri Dövlət Baxçalı müşayiət edir.
Prezident Ərdoğan Osmaniyedən sonra Qaziantepin Nurdağı və İslahiye rayonlarına gedəcək.
Prezident zəlzələdən zərərçəkənlərlə görüşəcək, yeraltı təkablardan sonra aparılan işləri yerində araşdıracaq.
Murad Məmmədli
















