• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Ərdoğandan Azərbaycan xalqına təşəkkür MESAJI

GÜNDƏM

19 Iyun 2025 | 21:04

Ərdoğandan Azərbaycan xalqına təşəkkür MESAJI

Türkiyə ilə Azərbaycan arasında tale birliyinin ən konkret nümunələrindən biri bu gün açdığımız iqamətgahlardır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Telegram" kanalında yazıb. 

Türkiyə lideri bildirib: 

"Əziz dostum Prezident Əliyevin simasında "Azərbaycan" məhəlləsinə töhfə verən Can Azərbaycandakı 10 milyon qardaşlarımızı ürəkdən salamlayıram.

"Azərbaycan" məhəlləmiz ən dəyərli layihə ərazilərimizdən biridir, qürur mənzərəsidir. Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən ucalır.

İlham qardaşımın da yaxından izlədiyi bu layihə burada yaşayacaq qardaşlarımız üçün təhlükəsiz və dinc bir yuva; inşallah qibtə edəcək və görənləri heyran edəcək bir əsər olacaq.

Bu məkan təkcə evləri ilə deyil, parkları, bağçaları, mədəniyyət evləri, Heydər Əliyev ibtidai məktəbi ilə də Türk əsrinin qabaqcıl şəhərlərinə layiq yaşayış sahəsi kimi canlanır.

Cənab İlham Əliyevin rəhbərliyi ilə uzanan bu qardaşlıq əli Kahramanmaraşın ürəyinə qardaşlıq möhürünü vurub.

Fəhlədən mühəndisə qədər əməyi olan hər bir qardaşıma, bütün azərbaycanlı dostlarımıza təşəkkürümü bildirirəm.

Rəbbim aramızda olan sarsılmaz həmrəyliyi və sevgini əbədi etsin".


SON XƏBƏRLƏR

19 Iyun 2025