• Bakı 25° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Ərdoğandan Özələ: “Dərsinə” yaxşı hazırlaş...

DÜNYA

27 Iyul 2024 | 18:00

Ərdoğandan Özələ: “Dərsinə” yaxşı hazırlaş...

Müxalifət iş görmək əvəzinə bəhanələr gətirir. Ötən dəfə borclarını xatırlatmağımız CHP-ni ciddi anlamda narahat edib. Deyirlər ki, borclarını ödəsələr, CHP-li bələdiyyələr iş görə bilməz. Onsuz da CHP bələdiyyələri zibil toplamır ki…

Bakıvaxtı.az  xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədəki çıxışı zamanı deyib.

O bildirib ki, ən çox borcu olan bələdiyyə CHP-yə davamlı olaraq qoşulan bələdiyyələrdir:

“Bir sözlə, CHP-nin idarəetməsinə keçən bələdiyyələrin borcu günbəgün artır. 96 milyard lirəlik borcun 68%-i CHP bələdiyyələrinə və onlara məxsus qurumların payına düşür. Bunların borc ödəmək kimi bir vərdişləri yoxdur. Bələdiyyə başçıları Kılıçdaroğlunun pis mirasını davam etdirir. Vals şoularına, jurnalistlərinə Roma turu etdirməyə, şəxsi reklam kampaniyalarına gəlincə pul var, amma Sosial Müdafiə Təşkilatının pulunu ödəməyə gələndə “yoxdur”. İnsanda bir az utanc hissi olar. CHP borcunun üstünə çökmək istəyir. Hörmətli CHP sədrinə (Özgür Özəl - red) tövsiyəm odur ki, əvvəlcə, “dərsinə” yaxşı hazırlaşsın. Ardınca enerjisini borcunu ödəməkdən qaçmaq üçün yox, millətin haqqını ödəmək üçün istifadə eləsin”./axar.az


SON XƏBƏRLƏR

07 Sentyabr 2024