• Bakı 10° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Ermənistan öz təhlükəsizliyini kənarda axtarmamalıdır - Prezidentinin köməkçisi

SİYASƏT

13 Mart 2025 | 13:18

Ermənistan öz təhlükəsizliyini kənarda axtarmamalıdır - Prezidentinin köməkçisi

Azərbaycan hazırda baş verən dəyişiklikləri izləyir. Ölkə olaraq görürük ki, qütbləşmə baş verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu XII Qlobal Forum çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Prezidentin köməkçisi bildirib ki, Azərbaycan hər zaman çoxtərəfli diplomatiyanın tərəfdarı olub: “Biz eyni zamanda, Şərq-Qərb toqquşmasının dərinləşməsini görürük. Böyük güclərin çəkişməsi hər zaman maraqlara uyğun olmur. Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüskarı Azərbaycan olub. Azərbaycan hərbi-siyasi yolla işğala son qoydu. Azərbaycan regionda yeni status-kvo yaradıb. Bu, ölkələrin suverenliyinə əsaslanıb. Bu region bizə məxsusdur, digər tərəflər gəlib burda dərs keçir. Azərbaycan hesab edir ki, Ermənistan öz təhlükəsizliyini Cənubi Qafqaz regionunun daxilində axtarmalıdır, kənarda yox”.


    SON XƏBƏRLƏR