• Bakı 18° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

"Ermənistan sülh gündəmini qəbul edib" - Simonyan

SİYASƏT

13 May 2024 | 18:10 | Müəllif: Subhan Mahmudov

"Ermənistan sülh gündəmini qəbul edib" - Simonyan

"Ermənistan sülh gündəmini qəbul edib və ona sadiqdir". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. 

"Ümid edirəm ki, ATƏT-ə sədrlik çərçivəsində siz Cənubi Qafqaz regionunu diqqət mərkəzində saxlayacaq və lazımi vasitələrdən istifadə etməklə Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması prosesini təşviq edəcəksiniz", - deyə parlamentin sədri bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026