• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ərdoğan-Putin GÖRÜŞÜ – Masaya hansı məsələlər yatırılacaq? - AKTUAL

SİYASƏT

12 Iyun 2024 | 14:16

Ərdoğan-Putin GÖRÜŞÜ – Masaya hansı məsələlər yatırılacaq? - AKTUAL

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Putin Fidana Rusiya Federasiyasının Ankaranın BRİCS-in işinə marağını alqışladığını söyləyib. Kreml rəhbəri iyul ayında Astanada Ərdoğanla görüşəcəyini bildirib. Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin BRICS-ə üzv olmaq istədiyini deyib. Fidan bildirib ki, Rusiyada keçiriləcək BRICS nazirlərinin görüşündə iştirak etməyi gözləyir. Məlumata görə, görüşdə gündəmdə olan mövzulardan biri NATO üzvü olan Türkiyənin BRICS-ə qoşulması ola bilər. 

Görüşü dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov Bakivaxtı.az-a bildirib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin gözlənilən görüşü iki ölkənin qarşılıqlı maraqlarının irəlilədilməsinə hesablanır. 

Ekspert qeyd edib ki, bu maraqlar həm ikitərəfli münasibətlərdəki dinamikanı, həm də regional müstəvilərdəki müştərək baxışları özündə əks etdirir: 

"Mən liderlərin görüşünü “kimin kimə daha çox ehtiyacı var” prizmasından deyil, “kim yeni düzəndə hansı yeni təmsilçilik hüququ qazanmalıdır” baxışından qiymətləndirərdim. Rusiya və Türkiyə Yaxın Şərq arenasında, Cənubi Qafqaz səhnəsində bir-birlərini yeni nailiyyətlərlə mükafatlandırmaqdan ötrü bir masa arxasına otururlar. Bu, Ankara ilə Moskvanın Qərbdən artan təzyiqlərə qarşı planlarını kodlaşdırmaq səylərini vurğulayır. Türkiyə NATO üzvüdür və Qərblə münasibətlərdə problemləri mövcud olsa da, o, Moskva ilə əlaqələrdə vasitəçidir. Bu vasitəçiliyi Rusiya Qərbin Ukraynaya hərbi yardım kampaniyasına qarşı rıçaq kimi görmək istəsə  də, Ankara bu xətti nümayiş etdirmir. Bununla belə, Türkiyənin Qərblə əlaqələrindəki problemlər onu Yaxın Şərqdə, Cənubi Qafqazda Rusiya ilə ortaq maraqlardan çıxış etməyə təşviq edir. İndi əsas nöqtə Yaxın Şərqin Suriya cinahındakı əməkdaşlıqdan sonra Türkiyə ilə Rusiyanın HƏMAS-İsrail müharibəsində müştərək missiya ilə çıxış etməsi planı ilə bağlı ola bilər. Türkiyə ilə Rusiyanı birləşdirən cəhət onların hər ikisinin Fələstinin müstəqil dövlət qurmaq hüququnu tanımaları ilə yanaşı, həm də HƏMAS-a olan dəstəkləridir. 
Ancaq Yaxın Şərqdə strateji çantasını ən çox dolduran Çindir və o, Rusiya və ABŞ-ni əhəmiyyətli dərəcədə üstələmək niyyətini nümayiş etdirir. Türkiyənin Çin qütbünə üstünlük verməsini  göstərən amillərdən biri də onun BRİCS-ə qoşulmaq istəyi fonunda qabarıqlaşır".

Həmsöhbətimiz hesab edir ki, Ərdoğanla Putinin danışıqları qeyd etdiyimiz daha böyük bir mənzərə fonunda qiymətləndirilməlidir: 

"Ona görə də, Ərdoğanla Putinin gündəliyinin nə qədər zəngin olması diqqətə çarpacaq. Cənubi Qafqazda isə Ankara ilə Moskva səylərini Gürcüstandakı proseslər, Azərbaycan-Ermənistan sülh gündəliyi, İranın regiondakı fəaliyyət dairəsi üzərinə proyeksiya edirlər. Hələlik Rusiya-Azərbaycan-Türkiyə-İran dördtərəfli rejimində ciddi bir problemlər nəzərə çarpmır və Şimal-Cənub Nəqliyyat Dəhlizinin tam gücü ilə işləməsi üçün göstərilən səylər fonunda Ankaranın yeni istəkləri nəzərə çarpa bilər".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026